Əhməd Davutoğlu: "Türkiyə hadisələrə səssiz qalmacaq"

Əhməd Davutoğlu: "Türkiyə hadisələrə səssiz qalmacaq" Türkiyənin baş naziri Suriyanın şimalına endirilən zərbələrə münasibət bildirib
Region
14 Fevral , 2016 00:30
Əhməd Davutoğlu:  Türkiyə hadisələrə səssiz qalmacaq

Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davutoğlu, türk ordusunun Suriyanın şimalında "PYD" (terrorçu PKK-nın Suriyadakı bölməsi) qruplaşmasının mövqelərinə zərbə endirməsinə münasibət bildirib.

Davutoğlu bildirib ki, son günlərdə davam edən hərbi əməliyyatlar zamanı Türkiyənin ərazisinə qarşı da təhlükə yaranıb. Bu səbəbdən də Azez rayonu və ətrafında toplaşan PYD dəstələrinə zərbə endirilib.

Məsələ ilə bağlı ABŞ-ın vitse prezidentini də məlumatlandırdığını vurğulayan Türkiyənin hökümət başçısı: "Mən Co Baydenə də dedim ki, Türkiyə bütün tədbirləri alacaq. Biz terrorçuların hər hücumunun qarşısını alacağıq".

Davutoğlu daha sonra deyib: "PYD - kürd təşkilatı deyil - PKK kimi terrorçu təşkilatdır. Suriya rejiminin oyuncağıdır. Etnik təmizlik ilə məşğul olan bir strukturdur. Bu təşkilatın üzvləri Azezdən uzaqlaşmalıdır. Heç kim gözləməsin ki, Türkiyə hadisələrə səssiz qalacaq".

Son xəbərlər

Orphus sistemi