Dağıstanda xüsusi əməliyyat nəticəsində üç yaraqlı zərərsizləşdirilib

Dağıstanda xüsusi əməliyyat nəticəsində üç yaraqlı zərərsizləşdirilib Silahlı qarşıdurma zamanı xüsusi təyinatlılardan bir nəfər xəsarət alıb
Region
10 Oktyabr , 2016 12:54
Dağıstanda xüsusi əməliyyat nəticəsində üç yaraqlı zərərsizləşdirilib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Dağıstanda antiterror əməliyyatı zamanı üç yaraqlı zərərsizləşdirilib, bir xüsusi təyinatlı yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Rusiya FTX orqanları əməliyyat-axtarış tədbirləri nəticəsində Dağıstanın Süleyman Stalski rayonunda yeraltı cinayətkarlıq fəaliyyətlə məşğul olan şəxslərin olması barədə informasiya əldə edib.

"Silahı buraxıb təslim olmaqla bağlı təklifə onlar atəş açaraq cavab verib. FTX xüsusi təyinatlıları tərəfindən üç yaraqlı zərərsizləşdirilib. Onların əlbir olduğu mümkün şəxslərin axtarışı davam etdirilir. Quldurların şəxsiyyəti müəyyənləşdirilir", - Milli Antiterror Komitəsinin informasiya mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, silahlı qarşıdurma zamanı xüsusi təyinatlılardan bir nəfər xəsarət alıb, mülki əhalidən xəsarət alan yoxdur.

Son xəbərlər

Orphus sistemi