Bakı. 27 may. REPORT.AZ/ Dağıstanın Kurax rayonu ərazisində meşədə keçirilən xüsusi əməliyyat nəticəsində ilkin məlumata əsasən, iki silahlı öldürülüb.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Xəbərə görə, səhər tezdən Rusiya Federal orqanlarının əməkdaşları əməliyyat-axtarış tədbiri keçirərkən, onlara atəş açılıb. Cavab atəşi nəticəsində silahlılar öldürülüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, öldürülən və ya yaralananların sayı hələ dəqiqləşdirilir.