​Britaniyanın müdafiə naziri: "Rusiyadan gələn təhlükə artıb"

​Britaniyanın müdafiə naziri: "Rusiyadan gələn təhlükə artıb" Maykl Fellon: "Son zamanlar Rusiya silahlı qüvvələrinə xərclənən maliyyə vəsaitini artırıb və ordusunu modernləşdirib"
Region
24 May , 2016 18:14
​Britaniyanın müdafiə naziri: Rusiyadan gələn təhlükə artıb

Bakı. 24 may. REPORT.AZ/ "Rusiyadan gələn təhlükə artıb. Öz imkanlarımızı və gücümüzü nəzərə alaraq, biz buna diqqət yeriməliyik".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Maykl Fellon krallığın İcmalar Palatasının Müdafiə üzrə Komitəsinin üzvləri qarşısındakı çıxışında bildirib.

Onun sözlərinə görə, son zamanlar Rusiya silahlı qüvvələrinə xərclənən maliyyə vəsaitini artırıb və ordusunu modernləşdirib.

Nazir NATO-nun bu ilin iyulunda keçiriləcək sammitinin qərarında Alyansın hazırlığının artırılmasına dair xüsusi bənd olacağını vurğulayıb: "Bu, NATO-nun gələcəkdə istənilən təhlükəyə cavab verəcəyinin göstəricisidir".

M.Fellon onu da qeyd edib ki, Britaniyanın Avropa İttifaqına üzvlüyü Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi