​Britaniya səfiri Çanaqqala zəfəri münasibətilə türkləri təbrik edib

​Britaniya səfiri Çanaqqala zəfəri münasibətilə türkləri təbrik edib Riçard Mur: "Çanaqqalada bütün tərəflər cəsurcasına savaşdı, ancaq qələbəni qazanan türklər oldu"
Region
18 Mart , 2015 12:40
​Britaniya səfiri Çanaqqala zəfəri münasibətilə türkləri təbrik edib

Bakı. 18 mart. REPORT.AZ/ Böyük Britaniyanın Türkiyədəki səfiri Riçard Mur Çanaqqala Zəfərinin 100 illiyi ilə bağlı türkləri təbrik edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu haqda özünün sosial şəbəkələrdəki səhifəsində yazıb.

"Bütün türk dostlarımızın Çanaqqala Zəfəri və Şəhidləri Anım Gününü sayğı ilə təbrik edirəm. Çanaqqalada bütün tərəflər cəsurcasına savaşdı, ancaq qələbəni qazanan türklər oldu... Çanaqqala keçilməz".

Xatırladaq ki, bu gün Türkiyədə Çanaqqala Zəfərinin 100-ci ildönümü qeyd edilir.

Son xəbərlər

Orphus sistemi