Binəli Yıldırım: "Türkiyə terrorçularla heç bir danışıq aparmayacaq"

Binəli Yıldırım: "Türkiyə terrorçularla heç bir danışıq aparmayacaq" "Yeni heç bir danışıq prosesi yoxdur"
Region
20 Avqust , 2016 15:54
Binəli Yıldırım: Türkiyə terrorçularla heç bir danışıq aparmayacaq

Bakı. 20 avqust. REPORT.AZ/ "Türkiyə terrorçularla barışığa dair heç bir danışıq aparmayacaq".

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin Elazığ və Van bölgələrində törədilmiş terror atlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yeni heç bir danışıq prosesi yoxdur: "Biz terrorçularla danışıq aparmağa hazırlaşmırıq". 

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ bölgəsində terrorçu PKK-nın törətdiyi terror nəticəsində 5 hərbçi şəhid olub, 217 nəfər yaralanıb, Vanda isə 4 nəfər həyatını itirib, 100 nəfər yaralanıb. Terrorların məsuliyyətini PKK qruplaşması öz üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi