Bakı. 27 may. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın ötən ilin iyulunda Tehran və "altılıq" arasında imzalanan nüvə sazişinin şərtlərinə riayət etdiyini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" təşkilatın məruzəsinə istinadən bildirib.
"Bütün hesabat dövrü ərzində İranın ən çox 130 metrlik ton ağır suya malik olub. İranın zənginləşdirilmiş ümumi uran ehtiyatı 300 kiloqramdan artıq olmayıb", - BAEA-nın məruzəsində bildirilir.
Sazişin şərtlərinə əsasən, İranda zənginləşdirilmiş uran ehtiyatı 300 kiloqram, ağır suyun saxlanması səviyyəsi razılaşmadan sonrakı birinci il ərzində 130 tondan artıq olmamalıdır.
İran və "altılıq" ölkələri 2015-ci ilin iyulun 14-də İran atomunun çoxillik probleminin həllinə dair tarixi razılaşma əldə ediblər. Danışıqlar birgə böyük hərəkət planının qəbul olunması ilə başa çatıb. Həmin müqavilənin icrası İranın üzərindən iqtisadi və maliyyə sanksiyalarını götürüb.