​Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı biznes-forum işə başlayıb

​Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı biznes-forum işə başlayıb Tədbir çərçivəsində iqtisadiyyat üzrə nazirlərin ikitərəfli görüşləri olacaq
Region
6 Mart , 2015 11:07
​Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı biznes-forum işə başlayıb

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan təmsilçilərinin iştirakı ilə biznes-forum işə başlayıb.

"Report"un xəbərinə görə, məlumatı Gürcüstan KİV-i yayıb.

Məlumata görə, 4-cü biznes foruma Azərbaycan,Türkiyə və Gürcüstanın hökumət nümayəndələri də qatılacaq.

Gürcüstan Xarici İşlər Nazirliyinin sözçüsü David Kereselidze bildirib ki, bu ölkə baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Azərbaycan və Türkiyənin iqtisadiyyat nazirləri ilə ikitərəfli görüşlər keçirəcək. 

Son xəbərlər

Orphus sistemi