Federika Mogerini: "Avropa Qonşuluq Siyasəti Rusiyanın maraqlarına qarşı yönəlməyib"

Federika Mogerini: "Avropa Qonşuluq Siyasəti Rusiyanın maraqlarına qarşı yönəlməyib" Avropa İttifaqı 2020-ci ilə qədər Qonşuluq Siyasətinin inkişafına 15,4 mlrd. avro ayıracaq
Region
4 Mart , 2015 17:10
Federika Mogerini: Avropa Qonşuluq Siyasəti Rusiyanın maraqlarına qarşı yönəlməyib

Bakı. 4 mart . REPORT.AZ/ Aİ Qonşuluq Siyasəti Rusiyanın maraqlarına qarşı yönəlməyib. "Report" xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa Qonşuluq Siyasətinin inkişafı haqqında sənədi təqdim edərkən bildirib. 

O qeyd edib ki, son on il ərzində region böyük dəyişikliklərə məruz qalıb, buna görə də Avropa Qonşuluq Siyasəti proqramına yenidən baxmaq zəruridir. 

"Region alov içindədir: bu Aİ-nin həm şərq, həm də cənub qonşularına aiddir. Son hadisələr bunun sübutudur", - F.Mogerini bildirib. 

O vurğulayıb ki, Avropa Qonşuluq Siyasəti proqramının və Avropa İttifaqı iştirakçı ölkələri həmin əməkdaşlığın daha effektiv şəkildə həyata keçirilməsi üçün birgə işləməlidir. 

Qeyd edək ki, Avropa İttifaqı 2020-ci ilə qədər Qonşuluq Siyasətinin inkişafına 15,4 mlrd. avro ayıracaq.

Qonşuluq Siyasəti proqramı 2004-cü ildə yaradılıb. Onun tərkibinə Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstan da olmaqla 16 ölkə daxildir. 

Son xəbərlər

Orphus sistemi