ATƏT nümayəndəsi: "Moskvada səsvermə yüksək səviyyədə təşkil edilib"

ATƏT nümayəndəsi: "Moskvada səsvermə yüksək səviyyədə təşkil edilib" İlkka Kanerva: "Hər şey kifayət qədər aydın və dəqiqdir"
Region
18 Sentyabr , 2016 11:47
ATƏT nümayəndəsi: Moskvada səsvermə yüksək səviyyədə təşkil edilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Moskvada səsvermə yüksək səviyyədə təşkil edilib"

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ATƏT müşahidəçilərinin Rusiyada Dövlət Dumasına keçirilən seçkiləri izləyən xüsusi koordinatoru İlkka Kanerva deyib.

"Səsvermə yüksək səviyyədə təşkil edilib. Hər şey kifayət qədər aydın və dəqiqdir", - deyə 141 saylı seçki məntəqəsinə baş çəkən Kanerva nəticələri qiymətləndirərkən deyib.

ATƏT müşahidəçiləri Fadeyev küçəsindəki 141 saylı məntəqəyə gəliblər. Onlar səsvermə üçün hazrlanmış köşklərə, seçici siyahılarına, informasiya materiallarına baxış keçiriblər və komissiyanın əməkdaşlarına bir neçə sual veriblər.

Qeyd edək ki, bu gün Rusiyada Dövlət Dumasına seçkilər keçirilir. Ölkə seçiciləri parlamentin aşağı palatasının - Dövlət Dumasının deputatlarını seçirlər.

Son xəbərlər

Orphus sistemi