Bakı. 18 fevral. REPORT.AZ/ Ankarada törədilən terror aksiyası nəticəsində yaralananlardan 30-u xəstəxanadan evə buraxılıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Türk Silahlı Qüvvələri Baş Qərargahının yaydığı açıqlamada bildirilib.
Xəstəxanada müalicə edilən 31 yaralının həyatı üçün təhlükə olmadığı da vurğulanıb.
Qeyd edək ki, fevralın 17-də Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror nəticəsində 29 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.