Bakı. 2 iyun . REPORT.AZ/ "Almaniya hökuməti Türkiyə ilə Ermənistan arasında dialoqun yaranması üçün səy göstərmək niyyətindədir".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Angel Merkel Bundestaqın 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
O əlavə edib ki, Almaniya ilə Türkiyəni bir-birinə bağlayan çoxlu bağlar var: "Osmanlı İmperiyasında düşünülmüş qaydada həyata keçirilən hadisənin həllinə də səy göstərəcəyik. Almaniyada 3 milyona yaxın etnik türk vətəndaşımız yaşayır. Ona görə də mən və Almaniya hökumətinin bütün üzvləri Ermənistanla Türkiyə arasında danışıqların yaranmasına öz töhfəmizi vermək niyyətindəyik".