ABŞ dövlət katibi Gürcüstanda səfərdədir

ABŞ dövlət katibi Gürcüstanda səfərdədir Con Kerri Gürcüstan rəhbərliyi ilə ikitərəfli əməkdaşlığa dair bir sıra məsələləri müzakirə edəcək
Region
6 İyul , 2016 13:35
ABŞ dövlət katibi Gürcüstanda səfərdədir

Bakı. 6 iyul. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Gürcüstanda səfərdədir.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ABŞ xarici siyasət idarəsinin rəhbərini Tbilisi beynəlxalq hava limanında gürcüstanlı həmkarı Mixail Canalidze qarşılayıb.

Gürcüstan XİN-in məlumatına görə, C.Kerri ABŞ və Gürcüstan arasında Strateji tərəfdaşlığa dair Xartiya Komissiyasının iclasında iştirak edəcək. Bundan sonra ABŞ dövlət katibi Gürcüstan rəhbərliyi ilə ikitərəfli əməkdaşlığa dair bir sıra məsələləri müzakirə edəcək.

Sabah C.Kerrinin Gürcüstan müxalifətinin nümayəndələri ilə görüşü planlaşdırılır. Bundan sonra ABŞ dövlət katibi Tbilisidən Kiyevə yola düşəcək.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli jurnalistlərə bildirib ki, C.Kerrinin səfəri zamanı ABŞ və Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq haqqında memorandum imzalanacaq.

Qeyd edək ki, 2009-cu ilin yanvarında Vaşinqtonda ABŞ-la Gürcüstan arasında Strateji tərəfdaşlığa dair Xartiya imzalanıb. Həmin sənəddə təhlükəsizlik, müdafiə, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Hər il ABŞ və Gürcüstanda işçi qrupun plenar sessiyası keçirilir. 

Son xəbərlər

Orphus sistemi