​ABŞ-da yaşamaq istəyən Rusiya vətəndaşlarının sayı 24 faiz artıb

​ABŞ-da yaşamaq istəyən Rusiya vətəndaşlarının sayı 24 faiz artıb ABŞ-da müxtəlif dövlət proqramlarında hər il yarım milyondan çox qanuni miqrant iştirak edir
Region
1 Aprel , 2016 17:00
​ABŞ-da yaşamaq istəyən Rusiya vətəndaşlarının sayı 24 faiz artıb

Bakı. 1 aprel. REPORT.AZ/ Rusiyanın 330 mindən çox vətəndaşı ABŞ-da yaşamaqdan ötrü 2016-cı ildə "Green gard" lotereyasında iştirak etmək üçün müraciət edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens bildirib.

Onun sözlərinə görə, bu rəqəm 2015-ci illə müqayisədə 24 faizdən çoxdur: "Ötən il müraciət edib, qeydiyyata düşənlərin sayı 268 mindən çox olub".

Məlumatda bildirilib ki, ABŞ-da müxtəlif dövlət proqramlarında hər il yarım milyondan çox qanuni miqrant iştirak edir. Belə proqramlardan biri də "Diversity Immigrant Visa" ("DV"-lotereya). Bu lotereya "qrin kart"dır. Lotereyada istənilən şəxs pulsuz iştirak edə bilər.

Son xəbərlər

Orphus sistemi