Ukraynanı tərk edib geri qayıtmayan hərbi mükəlləfiyyətlilərin imtiyazları məhdudlaşdırıla bilər

Ukraynanı tərk edib geri qayıtmayan hərbi mükəlləfiyyətlilərin imtiyazları məhdudlaşdırıla bilər Ukraynada ölkəni tərk edib geri qayıtmayan hərbi mükəlləfiyyətlilərin bur sıra imtiyazları, o cümlədən vətəndaşlığı məhdudlaşdırıla bilər.
Region
1 May , 2024 10:39
Ukraynanı tərk edib geri qayıtmayan hərbi mükəlləfiyyətlilərin imtiyazları məhdudlaşdırıla bilər

Ukraynada ölkəni tərk edib geri qayıtmayan hərbi mükəlləfiyyətlilərin bir sıra imtiyazları, o cümlədən vətəndaşlığı məhdudlaşdırıla bilər.

Ali Radanın humanitar məsələlər və informasiya siyasəti komitəsinin sədri Mikita Poturaev "Report"un Şərqi Avropa bürosuna əhalinin bu kateqoriyası ilə bağlı ölkədə vəziyyətin çox mürəkkəb olduğunu deyib: "Hərbi xidmətə çağırış yaşında olan xaricdə yaşayan Ukrayna vətəndaşları ilə bağlı vəziyyət qəlizdir. Ukraynalıların əksəriyyətinin fikrincə, saxta sənədlər, tibbi arayışlar vasitəsilə ölkəni qeyri-qanuni tərk etmiş insanlara qarşı hər hansı məhdudiyyətlər tətbiq edilmək yolu ilə ədalət bərpa olunmalıdır. Bəzi Avropa ölkələrinin rəsmiləri bəyan ediblər ki, onlar bu Ukrayna vətəndaşlarının ölkələrinə qayıtmasına yardım göstərə bilərlər. Əlbəttə ki, Avropa ölkələri Ukraynaya ciddi yardım göstərir”.

Komitə sədri qeyd edib ki, Ukrayna dövlətinin əsas məqsədi qeyri-qanuni yollarla xarici ölkələrə köçən vətəndaşları geri qaytarmaq deyil: "İlk növbədə biz Ukrayna vətəndaşlarının hansı ölkələrdə və harada yaşadıqlarını müəyyənləşdirməliyik. Məsələn, hərbi xidmətə çağırış yaşında olan vətəndaşlar hazırda hansı ölkələrdə yaşayırlar. Yəni biz səfərbərlik baxımından potensialımızı anlamalıyıq. Bu proses zamanı qeyri-qanuni yolla Ukraynanı tərk etmiş vətəndaşlar qayıdarsa, əlbəttə ki, bunu müsbət hal kimi qəbul etmək olardı. Əgər qayıtmasa, bunda faciəli heç nə olmayacaq. Əslində, onları geri qaytarmaq həm maliyyə, həm də texniki baxımdan çətin deyil. Amma fikrimcə, buna ehtiyac yoxdur. Bu vəziyyətdə Ukrayna dövləti də onlara borclu deyil”.

Son xəbərlər

Orphus sistemi