Ukrayna və Danimarka hərbi satınalmalar sahəsində əməkdaşlıq edəcək

Ukrayna və Danimarka hərbi satınalmalar sahəsində əməkdaşlıq edəcək Ukrayna və Danimarka əməkdaşlıq memorandumu imzalayıblar və bu memorandum çərçivəsində onlar Ukrayna Silahlı Qüvvələri üçün silah alacaqlar.
Region
25 Mart , 2024 17:56
Ukrayna və Danimarka hərbi satınalmalar sahəsində əməkdaşlıq edəcək

Ukrayna və Danimarka əməkdaşlıq memorandumu imzalayıblar və onlar bu çərçivədə Ukrayna Silahlı Qüvvələri üçün silah alacaqlar.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyi və Danimarka Müdafiə Nazirliyinin Təchizat və Maddi-Texniki Təchizat Təşkilatı arasında müdafiə təchizatı sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzalanıb”, - məlumatda deyilir.

Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov bu sazişin Ukrayna Silahlı Qüvvələrinə müasir silah və hərbi texnikanın tədarükü sahəsində əməkdaşlığı gücləndirəcəyinə ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi