Bakı. 4 noyabr. REPORT.AZ/ Türkiyə polisi ölkənin cənubunda yerləşən Qaziantep əyalətində, Suriya ilə həmsərhəd ərazidə terrorçu İŞİD qruplaşmasının 9 üzvünü tutub.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Yerli hökumət təmsilçiləri bildirib ki, tutulanlar siyasi partiyaların İstanbuldakı qərargahlarını partlatmaq istəyiblər.
Polis şübhəlilərin üzərindən 9 kq trotil, 4 əl qumbarası, partlayıcı qurğu, intihar kəməri, 4 tapança və 2 tüfəng aşkarlayaraq götürüb.