Türkiyənin 12 əyalətində İŞİD-lə əlaqədar 41 şübhəli saxlanılıb

Türkiyənin 12 əyalətində İŞİD-lə əlaqədar 41 şübhəli saxlanılıb Türkiyənin Daxili İşlər Nazirliyinin 12 əyalətdə keçirdiyi “Bozdoğan-34” antiterror əməliyyat nəticəsində 41 şübhəli saxlanılıb.
Region
1 May , 2024 09:37
Türkiyənin 12 əyalətində İŞİD-lə əlaqədar 41 şübhəli saxlanılıb

Türkiyənin Daxili İşlər Nazirliyinin 12 əyalətdə keçirdiyi “Bozdoğan-34” antiterror əməliyyatı nəticəsində 41 şübhəli saxlanılıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

Nazirin yaydığı məlumata görə, Bolu, Eskişehir, İstanbul, Kırıkkale, Kilis, Kocaeli, Nevşehir, Sakarya, Gaziantep, Şanlıurfa, Düzce və Manisada İŞİD terror qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib.

Əli Yerlikaya əməliyyat zamanı sənədsiz tapançalar, çoxlu sayda rəqəmsal material, külli miqdarda xarici valyuta və türk lirəsinin ələ keçirildiyini deyib.

Son xəbərlər

Orphus sistemi