Türkiyəli nazir: Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığa önəm veririk

Türkiyəli nazir: Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığa önəm veririk Azərbaycanla Türkiyənin sosial müdafiə sahəsində birgə əməkdaşlığına önəm veririk.
Region
1 May , 2024 10:50
Türkiyəli nazir: Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığa önəm veririk

Azərbaycanla Türkiyənin sosial müdafiə sahəsində birgə əməkdaşlığına önəm veririk.

Bunu "Report"un Ankara bürosuna açıqlamasında Türkiyənin Çalışma və Sosial Güvənlik naziri, professor Vedat Işıkhan deyib.

Nazir bildirib ki, iki qardaş ölkənin sosial müdafiə məsələlərində azərbaycanlı həmkarı, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə mütəmadi məsləhətləşmələr aparır: “Həmkarım Sahil Babayevlə əməkdaşlıq məsələlərini davamlı şəkildə müzakirə edirik”.

Türk dünyasının günü-gündən gücləndiyini bildirən nazir bütün sahələrdə olduğu kimi, sosial müdafiə məsələsində də Türkiyə ilə Azərbaycanın iş birliyinin digər türk dövlətləri üçün nümunə ola biləcəyinə diqqət çəkib: “Bu baxımdan, milli sosial müdafiə məsələlərində əməkdaşlığımız çox vacibdir”.

Son xəbərlər

Orphus sistemi