Türkiyədə yeni tədris ili sentyabrın 19-da başlayacaq

Türkiyədə yeni tədris ili sentyabrın 19-da başlayacaq Ötən illərdən fərqli olaraq, bu il həm ali təhsil ocaqlarında, həm də orta məktəblərdə müəllim çatışmazlığı var
Region
15 Sentyabr , 2016 14:30
Türkiyədə yeni tədris ili sentyabrın 19-da başlayacaq

İstanbul. 15 sentyabr. REPORT.AZ/ Türkiyədə yeni tədris ili sentyabrın 19-da başlayacaq.

“Report”un Türkiyə bürosunun verdiyi məlumata görə, bu il də şagirdlər sentyabrın üçüncü həftəsində məktəbə gedəcəklər. 

Məlumata görə, ötən illərdən fərqli olaraq, bu il həm ali təhsil ocaqlarında, həm də orta məktəblərdə müəllim çatışmazlığı var. İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd göstərən Fətullahçı terror təşkilatına (FETÖ) dəstək verən 15 200 müəlimin işinə son verilib. Onlardan 3 000 nəfəri İstanbul, 1 480 nəfəri isə Ankaradakı təhsil ocaqlarında çalışıblar. Türkiyə qanunlarına görə, təhsil ocağından hansısa bir müəllimin xaric edilməsi üçün üç aylıq müddət qoyulub. Bu səbəbdən sentyabrın sonunda işlərinə xitam verilən müəllimlərin yerinə yeniləri alınacaq. 

Türkiyə Təhsil Nazirliyi bu məsələdə ciddi problemlərin yaşanmayacağını bildirərək məsələnin qısa zamanda yoluna qoyulacağını açıqlayıb.

Vüsalə Abbasova, "Report"

Son xəbərlər

Orphus sistemi