​Türkiyədə polisləri daşıyan avtobus qəzaya uğrayıb

​Türkiyədə polisləri daşıyan avtobus qəzaya uğrayıb Yaralı asayiş keşikçiləri xəstəxanaya yerləşdirilib
Region
14 May , 2015 12:59
​Türkiyədə polisləri daşıyan avtobus qəzaya uğrayıb

Bakı. 14 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq işləri görmək üçün Batmandan Vana gedən polislər Bitlis şəhəri yaxınlığında qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, qəzaya uğrayan avtobusda 24 polis olub, onların 17-si yaralanıb. Yaralı asayiş keşikçiləri xəstəxanaya yerləşdirilib. Məlumatada bildirilib ki, polislər bir müddət xəstəxanada müşahidə altında saxlanılacaqlar. 

İngilis versiyası Police bus crashes in Turkey

Son xəbərlər

Orphus sistemi