Bakı. 6 İyun. REPORT.AZ/ Türkiyənin şərqindəki Diyarbəkir şəhərində kürdtəmayüllü Xalqların Demokratik Partiyasının (HDP) izdihamlı mitinqi vaxtı baş verən partlayış nəticəsində ölənlərin sayı üçə çatıb.
"Report" Türkiyə mətbuatına istinanəd xəbər verir ki, teror aktı zamanı 80 nəfərin xəsarət alıb. Yaralanlar arasında iki polis əməkdaşı da var.
Hadisə bazar günü keçəcək parlament seçkilərindən əvvəl yer alıb.
Partlayışın səbəbləri naməlum qalır. Türkiyə prezidenti Recep Tayyip Erdoğan hadisəni seçkiqabağı sabitliyi pozmağa yönəlmiş “təxribat” kimi dəyərləndirib.