Türkiyədə 2 polis şəhid olub

Türkiyədə 2 polis şəhid olub PKK terrorçuları dövlət xəstəxanasına hücum edib
Region
29 Avqust , 2015 09:32
Türkiyədə 2 polis şəhid olub

Bakı. 29 avqust. REPORT.AZ/ PKK terrorçuları Türkiyənin Şanlıurfa vilayətində Balıklıgöl Dövlət Xəstəxanasına hücum edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəstəxanada xidməti vəzifəsini yerinə yetirən iki polis ağır yaralanıb. Onlara xəstəxanada ilkin müdaxilə edilib. Daha sonra yaralanan polislərdən biri Harran Universitetinin Araşdırma və Tətbiq Xəstəxanasına, digəri isə Mehmet Akif İnan Təhsil və Araşdırma Xəstəxanasına qaldırılıb. Həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. 

İngilis versiyası 2 policemen killed in Turkey

Son xəbərlər

Orphus sistemi