Bakı. 30 mart. REPORT.AZ/ "İrana gedib-getməyəcəyimiz haqda qərarı biz veririk. Səfər planımızda dəyişiklik yoxdur".
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Sloveniyaya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, Yəmənin ərazi bütövlüyünə hörmət etdiklərini, bu ölkəyə xarici və daxili müdaxilələrin doğru olmadığını vurğulayıb.
Türkiyə prezidenti İrana səfəri ilə bağlı proqramda dəyişikliyin olmadığını vurğulayıb: "Ancaq Yəməndə baş verənləri də izləyirik. Bu ölkədə baş verənlər bizim üçün çox-çox önəmlidir. İstənilən qərarı verməyimiz mümkündür. Amma hazırda bu məsələ ilə bağlı bir planımız yoxdur ".
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan aprelin 7-də İrana səfər edəcək.