Serbiyalı politoloq: Qonşularla dialoq və regional əməkdaşlıq Ermənistana daha çox dividentlər gətirəcək

Serbiyalı politoloq: Qonşularla dialoq və regional əməkdaşlıq Ermənistana daha çox dividentlər gətirəcək Qərb ölkələrinin Ermənistan və Azərbaycan arasında sülh prosesində iştirak etmək üçün kollektiv istəyi regional qeyri-sabitliyi artıra bilər, Azərbaycana və qonşu dövlətlərə mənfi təsir göstərə bilər.
Region
29 Mart , 2024 17:44
Serbiyalı politoloq: Qonşularla dialoq və regional əməkdaşlıq Ermənistana daha çox dividentlər gətirəcək

Qərb ölkələrinin Bakı və İrəvan arasında sülh prosesində iştirak etmək üçün kollektiv istəyi regional qeyri-sabitliyi artıra, Azərbaycana və qonşu dövlətlərə mənfi təsir göstərə bilər.

Bu barədə "Report"a açıqlamasında serbiyalı politoloq Stefan Antiç bildirib.

Onun sözlərinə görə, bu, ABŞ, Fransa, Yunanıstan kimi ölkələrin regionda öz maraqlarını güdməsi ilə bağlıdır: “Sülh danışıqlarında iştirak edən xarici vasitəçilər və ya üçüncü tərəflər çox vaxt öz maraqlarını kömək etmək istədikləri şəxslərin maraqlarından üstün tuturlar. Azərbaycanın bu məsələdə artıq zəngin təcrübəsi var”.

S.Antiç vurğulayıb ki, artan geosiyasi gərginliyi və dünyanın müxtəlif regionlarında öz dominantlığını saxlamaq uğrunda gedən mübarizəni nəzərə aldıqda, Qərbin Ermənistan üçün faydalı tərəfdaş obrazına şübhə edir: “Ermənistanın məğlubiyyət qarşısında acizliyi onu Qərb dövlətləri tərəfindən istismara məruz qoyur. Azərbaycan nümayəndələrinin apreldə keçiriləcək ABŞ-Ermənistan “məsləhətləşmələri”ndən kənarda qalması Ermənistanın Qərbdən dərinləşən asılılığı ilə bağlı narahatlığı artırır. Bu da Cənubi Qafqazı çoxsəviyyəli geosiyasi rəqabət regionuna keçidlə hədələyir”.

Politoloq qeyd edib ki, rəsmi İrəvan “bir asılılığın digəri ilə əvəzlənməsinin” Ermənistana daha çox təhlükəsizlik gətirə biləcəyinə inansa da, qonşularla dialoq və regional əməkdaşlıq daha mühüm nəticələr vəd edir.

Son xəbərlər

Orphus sistemi