​Rusiyanın cənubunda hərbi təlimlər başlayıb - FOTO

​Rusiyanın cənubunda hərbi təlimlər başlayıb - FOTO Eyin vaxtda Krımın dağlıq hissəsindəki "Anqar" poliqonunda da döyüş təlimləri keçirilir
Region
10 Fevral , 2015 17:24
​Rusiyanın cənubunda hərbi təlimlər başlayıb - FOTO

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiyanın cənubunda iki minə yaxın hərbi kəşfiyyat və xüsusi təyinatlı dəstə, 200-dən artıq hərbi və xüsusi texnikanın iştirakı ilə hərbi təlim keçirilir.

"Report" "interfaks"a istinadən xəbər verir ki, bir ay ərzində kəşfiyyatçılar 7 poliqonda - Volqoqrad vilayətində, Stavropol diyarında, Çeçenistan, Dağıstan, Adıgey, Karaçay-Çərkəz və Şimali Osetiyada döyüş hazırlığı keçəcək.

Məlumata görə, hərbçilər "Strelets" rabitə və kəşfiyyat idarəetmə kompleksindən istifadə etmək bacarığına da yiyələnəcək.

Eyni vaxtda Krımın dağlıq hissəsində - "Anqar" poliqonunda da döyüş təlimləri keçirilir.

Son xəbərlər

Orphus sistemi