Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb

Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb Penza vilayətinin Naskaftım kəndində fərdi yaşayış evi yanıb, üç nəfər ölüb.
Region
6 May , 2024 08:41
Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb

Penza vilayətinin Naskaftım kəndində fərdi yaşayış evi yanıb, üç nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

“Mayın 6-da saat 00:16-da Penza rayonu, Şemışeyski rayonu, Naskaftım kəndi ünvanında yanğın baş verib, 40 kv.m sahədə yanğın baş verib”, – məlumatda diqqətə çatdırılıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi 54 və 56 yaşlı iki kişi və 58 yaşlı qadının öldüyünü açıqlayıb. İlkin ehtimala görə, yanğına səbəb siqaret çəkərkən alovla ehtiyatsız davranma olub.

Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsindən bildirilib ki, yanğının söndürülməsinə 11 nəfər canlı qüvvə və 4 texnika cəlb olunub.

Son xəbərlər

Orphus sistemi