Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib Ermənistan İrəvanın maraqlarını məhz KTMT-nin müdafiə etdiyini qeyd etmir.
Region
28 Mart , 2024 19:54
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanın maraqlarını müdafiə etdiyini bildirmir.

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov vurğulayıb ki, məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə dəfələrlə müdafiə edib.

"İrəvanda xatırlamırlar ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərində gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub".

Rusiya XİN rəhbəri qeyd edib ki, bu missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb, bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan konsensusun olmadığını bəyan edib və Avropa İttifaqının oxşar missiyasını ölkəyə çağırıb:

"Hazırda bu missiyanın tərkibi ikiqat artırılıb, Norveç, Kanada və ABŞ-dan hərbçilər ora göndərilir ki, bu da Aİ missiyasını NATO missiyasına çevirib".

Son xəbərlər

Orphus sistemi