​Rusiya prezidenti ermənini komissiya sədri təyin edib

​Rusiya prezidenti ermənini komissiya sədri təyin edib Ara Abramyan Rusiya Erməniləri İttifaqının başçısıdır
Region
4 İyun , 2015 20:12
​Rusiya prezidenti ermənini komissiya sədri təyin edib

Bakı. 4 iyun. REPORT.AZ/ Vladimir Putin Ara Abramyanı Rusiya Federasiya prezidenti yanında milli dövlət siyasətinə informasiya dəstəyi məsələləri üzrə Komissiyanın sədri təyin edib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Komissiya əsasən millətlərarası münasibətlər sahəsində milli dövlət siyasətinin effektivliyinin artırılmasına, ölkə ərazisində millətlərarası dialoqun inkişafına və möhkəmlənməsinə və s. xidmət edəcək. 

Xəbərə görə, Ara Abramyan Rusiya Erməniləri İttifaqının başçısıdır. 

Son xəbərlər

Orphus sistemi