​Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar kredit ayırıb

​Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar kredit ayırıb Kredit İrəvan tərəfindən 2017-ci ilədək istifadə olunacaq
Region
19 Fevral , 2016 01:38
​Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar kredit ayırıb

Bakı. 19 fevral. REPORT.AZ/ Rusiya Ermənistana rus silahları almaq üçün 200 milyon həcmində dövlət ixrac krediti ayırıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Hüquqi İnformasiya Portalı məlumat yayıb.

Borc ödənişin 2018-ci ilin əvvəlinədək təxirə salınması şərti ilə 10 il müddətinə ayrılıb. Kredit İrəvan tərəfindən 2017-ci ilədək istifadə olunacaq.

Kredit sazişi Ermənistanın Rusiyadan "Smerç" reaktiv yaylım atəşi sistemini işə salma qurğuları və onun döyüş sursatları, "İqla-S" zenit raket sistemi və raketləri, "Avtobaza-M" icra radiotexniki kəşfiyyatının yerüstü kompleksləri və s. silahlar almasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi