Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiya "Kafkaz-2016" adlı hərbi təlimə başlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İnformasiyada bildirilib ki, 12,5 min hərbçinin iştirak etdiyi təlim Cənub Hərbi Dairəsinin poliqonlarında, Qara dəniz və Xəzər hövzələrində keçirilir.
Hərbi tədbir sentyabrın 10-da başa çatacaq.