Qırğızıstan və Tacikistan ərazilərin mübadiləsi variantını nəzərdən keçirə bilər

Qırğızıstan və Tacikistan ərazilərin mübadiləsi variantını nəzərdən keçirə bilər Qırğızıstan və Tacikistan sərhəd problemini həll etmək üçün ərazilərin mübadiləsi variantını nəzərdən keçirə bilər.
Region
1 May , 2024 17:47
Qırğızıstan və Tacikistan ərazilərin mübadiləsi variantını nəzərdən keçirə bilər

Qırğızıstan və Tacikistan sərhəd problemini həll etmək üçün ərazilərin mübadiləsi variantını nəzərdən keçirə bilər.

“Report” xəbər verir ki, bunu “Kabar” agentliyinə müsahibəsində Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov deyib.

“Tacikistanla demarkasiya işləri yekunlaşır. Təbii ki, proses o qədər də sürətlə getmir. Təəssüf ki, həm mülki şəxslər, həm də hərbçilər arasında itkilərin olduğu iki münaqişə ilə üzləşdik. İnsanlar narahatdır, sərhəd bölgəsində qorxu var”, - o bildirib.

Onun sözlərinə görə, diqqət çəkən məqam ondan ibarətdir ki, Batken bölgəsində sərhəd çətin hissələrdən, əhalinin məskunlaşdığı ərazilərdən keçir.

M.İmankulov əlavə edib ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı bütün proseslər sülh yolu ilə həyata keçirilməlidir:

“Biz bu prosesi vətəndaşlarımızın və dövlətin maraqlarına toxunmadan, eyni zamanda qonşu ölkənin maraqlarını nəzərə alaraq başa çatdıracağıq. Onların da bizim maraqlarımızı nəzərə almalarını istəyirik. Ümid edirəm ki, bu il hər şeyi tamamlayacağıq”.

Xatırladaq ki, Qırğızıstan və Tacikistan sərhəd xəttinin 90 faizinin təsvirini tamamlayıb. 2023-cü ildə topoqrafik işçi qruplarının 15 iclası keçirilib. Ümumilikdə iki ölkə arasında sərhəd xətti təxminən 987,6 kilometrdir.

Son xəbərlər

Orphus sistemi