Qazaxıstan "Günəşli" yatağındakı yanğından sonra Xəzər dənizində nəzarəti gücləndirib

Qazaxıstan "Günəşli" yatağındakı yanğından sonra Xəzər dənizində nəzarəti gücləndirib Qazaxıstan Sərhəd Xidməti: "Bu gün regionda çətin hava şəraiti qalmaqda davam edir"
Region
7 Dekabr , 2015 10:50
Qazaxıstan Günəşli yatağındakı yanğından sonra Xəzər dənizində nəzarəti gücləndirib

Bakı. 7 dekabr. REPORT.AZ/ "Günəşli" yatağında baş vermiş yanğından sonra Qazaxıstan qəzadan zərər görənlərin aşkarlanması halında yardım etmək üçün Xəzər dənizində nəzarəti gücləndirib. "Report" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı adıçəkilən ölkənin Sərhəd Xidmətinin mətbuat xidmətindən veriblər.

"Bu gün regionda çətin hava şəraiti qalmaqda davam edir. Buna baxmayaraq, Sahil Təhlükəsizliyi rəhbəri Qazaxıstan sularında nəzarəti gücləndirmək, izləmə həyata keçirməklə bağlı qayıq və gəmilərə əmr verib. Əmrdə hər hansı bir obyektin və ya zərərçəkmişin aşkarlanacağı halda dərhal məruzə edilməsi, yardım göstərilməsi də göstərilir", - mətbuat xidməti bildirir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir. Azərbaycanda bir günlük matəm elan olunub.

Son xəbərlər

Orphus sistemi