Qazaxıstan BMT-nin İnkişaf Məqsədləri Mərkəzinin yaradılmasında ABŞ-nin dəstəyinə ümid edir

Qazaxıstan BMT-nin İnkişaf Məqsədləri Mərkəzinin yaradılmasında ABŞ-nin dəstəyinə ümid edir Qazaxıstan rəhbərliyi Almatıda Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə BMT Mərkəzinin yaradılmasında ABŞ-nin dəstəyinə ümid edir.
Region
20 Sentyabr , 2023 01:42
Qazaxıstan BMT-nin İnkişaf Məqsədləri Mərkəzinin yaradılmasında ABŞ-nin dəstəyinə ümid edir

Qazaxıstan rəhbərliyi Almatıda Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə BMT Mərkəzinin yaradılmasında ABŞ-nin dəstəyinə ümid edir.

“Report” xəbər verir ki, bu barədə Mərkəzi Asiya və ABŞ dövlət başçılarının görüşündə iştirakının yekunu ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Almatıda Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə BMT-nin regional mərkəzinin yaradılmasında ABŞ-nin dəstəyinə ümid edir”, - məlumatda deyilib.

Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub.

Müzakirə zamanı Mərkəzi Asiya ölkələrinin və ABŞ-nin liderləri təhlükəsizlik problemlərinin, o cümlədən kibertəhlükələrin, terrorçuluğun, zorakı ekstremizmin, qanunsuz miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsinin həllində əməkdaşlığın gücləndirilməsi perspektivlərinə toxunublar.

Son xəbərlər

Orphus sistemi