​Putin: Yaraqlılarla Suriyada mübarizə aparmaq daha yaxşıdır, nəinki onların qayıdışını gözləmək

​Putin: Yaraqlılarla Suriyada mübarizə aparmaq daha yaxşıdır, nəinki onların qayıdışını gözləmək "Rusiya Suriya ərazisində heç bir qoşun əməliyyatlarında iştirak etməyəcək"
Region
28 Sentyabr , 2015 06:07
​Putin: Yaraqlılarla Suriyada mübarizə aparmaq daha yaxşıdır, nəinki onların qayıdışını gözləmək

Bakı. 28 sentyabr. REPORT.AZ/ Rusiya üçün keçmiş SSRİ məkanından olan yaraqlılarla Suriya ərazisində mübarizə aparmaq daha üstündür, nəinki onların geri qayıdışını gözləmək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu amerikalı jurnalist Çarli Rouza CBS və PBS telekanalları üçün müsahibə verən Rusiya prezidenti Vladimir Putin bildirib.

"Suriya ərazisində keçmiş Sovet İttifaqından olan iki mindən çox yaraqlı var. Onların geri qayıtması təhlükəsi var. O zaman onların bizə geri qayıdışını gözləməkdənsə, Əsədə Suriya ərazisində onlarla mübarizə aparmağa kömək etmək daha yaxşıdır", - deyə Rusiya prezidenti qeyd edib.

Putin bildirib ki, bu, Rusiyanı Əsədə yardım göstərməyə sövq edən ən başlıca motivdir.

Eyni zamanda, prezidentin sözlərinə görə, "Rusiya Suriya və ya başqa dövlətlərin ərazilərində heç bir qoşun əməliyyatlarında iştirak etməyəcək".

"Hər ehtimala qarşı, bu gün biz bunu planlaşdırmırıq", - deyə Putin bildirib.

Son xəbərlər

Orphus sistemi