Bakı. 31 İyul. REPORT.AZ/ Cümə günü Türkiyənin cənubundakı Adana vilayətində PKK yaraqlılarının hücumu nəticəsində iki polis zabiti öldürülüb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, ölkədə qadağan olunan PKK qruplaşması yaraqlıları polis idarəsi binasını atəşə tutması nəticəsində iki polis əməkdaşı həlak olub.
Polisə hücum edən qanunsuz qruplaşmanın iki üzvü sonradan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.