Bakı. 13 may. REPORT.AZ/ "Rusiya Ukraynanın şərqində separatçıları dəstəkləməyi dayandırmalı, Donbasdan silahlı qüvvələrini çıxarmalıdır". "Report" BBC-yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberg bildirib.
O, Rusiyaya bu çağırışı mayın 13-də Türkiyənin Antalya şəhərində NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündən öncə edib.
Qeyd edək ki, Rusiya qonşu dövlətin ərazisində hərbçilərinin olduğunu təkzib etməkdədir.