Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib Rusiyanın paytaxtı Moskva şəhərində “Reuters” agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib.
Region
27 Aprel , 2024 21:34
Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində “Reuters” agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib.

“Report” xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-cü il iyunun 27-dək həbs qətimkan tədbiri seçib.

İstintaqın fikrincə, Qabov “Navalny LIVE YouTube” kanalında dərc üçün foto və video materialların hazırlanmasında iştirak edib.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi