Somalinin paytaxtı Moqadişoda səfərdə olan Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın Şərqi Afrika ölkəsinin Prezidenti Həsən Şeyx Mahmud, Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin sədri Abdullahi Məhəmməd Əli ilə görüşüb.
“Report”
Təhlükəsizlik və kəşfiyyat sahəsində “Əl-Şəbab” terror təşkilatı ilə mübarizə səylərinin müzakirə edildiyi görüşdə regional sabitliyin yaxşılaşdırılması və Türkiyə ilə Somali arasında strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Afrika ölkəsinin lideri Somali hökumətinin iki ölkə arasında təhlükəsizlik məsələlərində, xüsusilə də terrorçuluqla mübarizədə əməkdaşlığa üstünlük verdiyini vurğulayıb.
Xatırladaq ki, martın 29-da Keniyanın Somali ilə sərhədyanı bölgəsində “Əş-Şəbab” yaraqlılarının hücumu nəticəsində azı altı nəfər ölmüşdü.