İstanbulun ədliyyə idarələrinin FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 173 işçisi tutulub

İstanbulun ədliyyə idarələrinin FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 173 işçisi tutulub Çağlayan və Qaziosmanpaşa ədliyyələrində 129, Bakırköydə isə 44 şübhəli şəxs saxlanılıb
Region
15 Avqust , 2016 11:12
İstanbulun ədliyyə idarələrinin FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 173 işçisi tutulub

Bakı. 15 avqust. REPORT.AZ/ Fetullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhdi ilə bağlı aparılan istintaq əməliyyatı çərçivəsində İstanbulun Çağlayan, Bakırköy və Qaziosmanpaşa rayonlarının ədliyyə idarələrinin 173 əməkdaşı tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat yerli vaxtla səhər saat 09.30-da başlayıb.

İnformasiyaya görə, Çağlayan və Qaziosmanpaşa ədliyyələrində 129, Bakırköydə isə 44 şübhəli şəxs tutulub.

Qeyd edək ki, ötən gün 4 nəfər həbs edilmişdi. 

Son xəbərlər

Orphus sistemi