İstanbulda Almaniya baş konsulluğu qarşısında aksiya keçirilib - FOTO

İstanbulda Almaniya baş konsulluğu qarşısında aksiya keçirilib - FOTO Piket iştirakçıları Bundestaqdan qondarma "erməni soyqrımı" ilə bağlı qətnamənin ləğvini tələb edirlər
Region
4 İyun , 2016 16:34
İstanbulda Almaniya baş konsulluğu qarşısında aksiya keçirilib - FOTO

İstanbul. 4 iyun. REPORT.AZ/ Almaniyanın İstanbuldakı baş konsulluğunun binası qarşısında etraz aksiyası keçirilib.

"Report"un Türkiyə müxbiri xəbər verir ki, məqsəd Almaniya Bundestaqının iyunun 2-də qondarma "erməni soyqrımı" ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz bildirməkdir. 

Aksiyada "Almaniya Federal Məclisinin qərarını tanımırıq!", "Almaniya Türkiyə ilə dostluğunu istəmir!", "Almaniya Federal Məclisi nifrət suçu işləyib!" kimi şüarlar səsləndirilib. 

Piketin qətnaməsində qeyd olunub ki, Almaniya parlamenti beynəlxalq hüquq normalarını kobud şəkildə pozur: "Bu qərarın heç bır hüquqi əsası yoxdur. Bu, Almaniyada vətəndaş sülhü ilə ziddiyyət təşkil edən bir sənəddir. Bu sənəd anti-türk, anti-İslam xarakteri daşıyır. Almaniya parlamentindən bu sənədin ləgv edilməsini tələb edirik. Bunun üçün bütün beynəlxalq təşkilatlara, rəsmi qurumlara müraciət edəcəyik. Əsl mübarizə indi başlayır".

Son xəbərlər

Orphus sistemi