​İraqda İŞİD terrorçuları özlərini partladıb, iki zabit və 4 əsgər ölüb

​İraqda İŞİD terrorçuları özlərini partladıb, iki zabit və 4 əsgər ölüb Terror ölkənin Hadisə bölgəsi yaxınlığında baş verib
Region
1 Mart , 2016 16:29
​İraqda İŞİD terrorçuları özlərini partladıb, iki zabit və 4 əsgər ölüb

Bakı. 1 mart. REPORT.AZ/ İraqın Ənbar əyalətində terrorçu İŞİD qruplaşmasının basqını nəticəsində əl-Cəzirə Əməliyyatları Birliyinin briqada generalı Əli Abbud həyatını itirib.

"Report" xəbər verir ki, bunu İraq əl-Cəzirə Əməliyyatları Birliyinin komandanı, ordu generalı Əli İbrahim Debun "Anadolu" agentliyinə bildirib.

Onun sözlərinə görə, İŞİD-in 4 kamikadzesi Hadisə yaxınlığındakı hərbi düşərgəyə basqın edib: "Terrorçu-kamikadzelərdən biri düşərgəyə girərək özünü partladıb. Partlayış nəticəsində briqada generalı Əli Abbudla yanaşı, əl-Cəzirə Əməliyyatları Birliyinin komandiri Farhan İbrahim və 4 əsgər həyatını itirib, 7 nəfər isə yaralanıb".

Son xəbərlər

Orphus sistemi