İran kosmik sahədə ABŞ-la əməkdaşlıq etmək istəyir

İran kosmik sahədə ABŞ-la əməkdaşlıq etmək istəyir Möhsün Bəhrami: "ABŞ-la bu sahədə əməkdaşlıq etmək üçün əvvəlcə birinci şəxsin razılığı olmalıdır"
Region
6 Oktyabr , 2016 19:45
İran kosmik sahədə ABŞ-la əməkdaşlıq etmək istəyir

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Rəsmi Tehran ABŞ-la kosmos sahəsində əməkdaşlıq etməkdə maraqlıdır".

"Report" "newsru.co.il"ə istinadən xəbər verir ki, bunu İslam Respublikasının Kosmik Agentliyinin başçısı Möhsün Bəhrami bildirib.

O deyib ki, buna cəhd edən yalnız İran deyil: "Orbitdə dövlət və irq yoxdur. ABŞ-la bu sahədə əməkdaşlıq etmək üçün əvvəlcə birinci şəxsin razılığı olmalıdır. İran Rusiya, Avropa İttifaqı,Yaponiya və Çinin kosmik agentlikləri ilə danışıqlar aparır".

Xatırladaq ki, atom-nüvə proqramı ilə bağlı İrana tətəbiq edilən sanksiyalar aradan qaldırıldıqdan sonra ilk dəfədir Tehran rəsmisi belə bəyantla çıxış edir. 

Son xəbərlər

Orphus sistemi