​Gürcüstanın milyarder keçmiş baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilir

​Gürcüstanın milyarder keçmiş baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilir Etirazçılar: ""Qazprom"un təbii qazının ölkəmizə gətirilməsi Rusiyanın Gürcüstanı ələ keçirməsi deməkdir"
Region
12 Yanvar , 2016 13:58
​Gürcüstanın milyarder keçmiş baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilir

Bakı. 12 yanvar. REPORT.AZ/ Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvilinin iqamətgahının qarşısında Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlar aparılmasına qarşı etiraz aksiyası keçirilir.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları "Qazprom"u Gürcüstan bazarına buraxmayacaqlarını bildiriblər: ""Qazprom"un təbii qazının ölkəmizə gətirilməsi Rusiyanın Gürüstanı ələ keçirməsi deməkdir". Etirazçılar qeyd ediblər ki, bu planın həyata keçməsində İvanişvili fəal iştirak edir. 

Son xəbərlər

Orphus sistemi