Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir

Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası etirazlardan yaranan narahatlığa baxmayaraq, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini hər üç oxunuşda qəbul etməyi planlaşdırır.
Region
1 May , 2024 19:38
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir

Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası etirazlardan yaranan narahatlığa baxmayaraq, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini hər üç oxunuşda qəbul etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.

“Əlbəttə, biz bu qanunu qəbul edəcəyik. Bir neçə gün davam edəcək diskomfort olacaq, lakin uzunmüddətli perspektivdə biz ölkəni illər boyu qütbləşmədən və radikalizmdən sığortalayacağıq”, - o deyib.

İ.Kobaxidze həmçinin qeyd edib ki, bu qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını sürətləndirəcək.

“Çünki biz hətta zehni inqilabi proseslərdən yayınsaq, bu, Avropaya inteqrasiyanı yalnız sürətləndirəcək”, - İ.Kobaxidze bildirib.

Son xəbərlər

Orphus sistemi