Gürcüstanın Baş naziri ABŞ, Böyük Britaniya və Aİ səfirləri ilə görüşüb

Gürcüstanın Baş naziri ABŞ, Böyük Britaniya və Aİ səfirləri ilə görüşüb Gürcüstanın baş naziri İrakli Kobaxidze “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirə etmək üçün ABŞ, Böyük Britaniya və Avropa ittifaqının (Aİ) ölkədəki səfirləri ilə görüşüb.
Region
15 Aprel , 2024 15:34
Gürcüstanın Baş naziri ABŞ, Böyük Britaniya və Aİ səfirləri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirə etmək üçün ABŞ, Böyük Britaniya və Avropa ittifaqının (Aİ) ölkədəki səfirləri ilə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, İrakli Kobaxidze səfirlərlə görüşdə haqqında danışılan qanun layihəsinin əsas hüquqi prinsiplərə uyğun hazırlandığını və onun yeganə məqsədinin QHT-lərlə KİV-in fəaliyyətində maliyyə şəffaflığının təmin edilməsi olduğunu vurğulayıb.

Hökumətin mətbuat xidmətinin məlumatına görə, gürcü cəmiyyətində sözügedən qanun layihəsi ilə əlaqədar heç bir sual qalmaması üçün Baş nazir İrakli Kobaxidze açıq müzakirəyə tam hazır olduğunu bir daha təsdiqləyib.

Səfirlərin görüşdə hansı məqamlara toxunduqları açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi