Georgi Kalandarişvili yenidən Gürcüstan MSK-nın sədri seçilib

Georgi Kalandarişvili yenidən Gürcüstan MSK-nın sədri seçilib Gürcüstan parlamenti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri, komissiyanın hazırkı rəhbəri Georgi Kalandarişvilini seçib.
Region
30 Aprel , 2024 16:56
Georgi Kalandarişvili yenidən Gürcüstan MSK-nın sədri seçilib

Gürcüstan parlamenti Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Georgi Kalandarişvilini yenidən bu postda təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Onun namizədliyini hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputatlar və müxalifətin bir hissəsi dəstəkləyib.

Məlumata görə, 85 deputat G.Kalandarişvilinin lehinə, 5 deputat isə əleyhinə səs verib.

Parlament həmçinin komissiya üzvlərini də təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi