Gürcü politoloq: Qəbul etmək istədiyimiz qanun bir sıra ölkələrdə, o cümlədən ABŞ-də var

Gürcü politoloq: Qəbul etmək istədiyimiz qanun bir sıra ölkələrdə, o cümlədən ABŞ-də var Gürcüstanın qəbul etmək istədiyi qanun bir sıra ölkələrdə, o cümlədən Birləşmiş Ştatlarda var. Bu qanunların adları müxtəlif olsa da mahiyyət eynidir. Lakin təəssüflər olsun ki, həmin dövlətlər Gürcüstanın onlarda da olan qanun layihəsini qəbul etməsindən
Region
2 May , 2024 17:15
Gürcü politoloq: Qəbul etmək istədiyimiz qanun bir sıra ölkələrdə, o cümlədən ABŞ-də var

Gürcüstanın qəbul etmək istədiyi qanun bir sıra ölkələrdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında (ABŞ) var. Bu qanunların adları müxtəlif olsa da, mahiyyət eynidir. Lakin, təəssüflər olsun ki, həmin dövlətlər Gürcüstanın onlarda da olan qanun layihəsini qəbul etməsindən narazıdırlar.

Bu sözləri "Report"a açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, politoloq Badri Naçkebiya deyib.

"Onlar “bizə icazə olan başqalarına olmamalıdır” düşüncəsi ilə yaşayırlar. Burada məntiq hardadır? Niyə onlar bizə diktə etməlidirlər, biz də susub onların dediyini etməliyik? Olmaz bu cür. Bu, doğru addım deyil. Qərb dövlətləri, o cümlədən ABŞ bu barədə düşünməlidir", - deyə ekspert vurğulayıb.

Politoloqun sözlərinə görə, Gürcüstan hansı addımların atılmasını, nələr etməyi bilir: "Biz öz maraqlarımızı qoruyuruq. Avropa bizə vizasız gediş-gəliş və ittifaqa namizədlik statusu tətbiq edib. Bundan ehtiyat etdiyimizi bilən Qərb yaranan vəziyyətdən maksimum istifadə edir. Amma düşünürəm ki, ortaq yol tapılmalıdır. Bu cür sərt çıxışlarla ortaq yol tapıla bilməz, yalnız əlaqələr korlanar".

Son xəbərlər

Orphus sistemi