Ermənistan Prezidenti: Sərhədlərin delimitasiyası ilə bağlı addımlar sülhün bərqərar olmasına yönəlib

Ermənistan Prezidenti: Sərhədlərin delimitasiyası ilə bağlı addımlar sülhün bərqərar olmasına yönəlib Ermənistan hökumətinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə fəaliyyəti regionda bu gün, gələcək və davamlı sülhə yönəlib.
Region
30 Aprel , 2024 18:03
Ermənistan Prezidenti: Sərhədlərin delimitasiyası ilə bağlı addımlar sülhün bərqərar olmasına yönəlib

Ermənistan hökumətinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə fəaliyyəti regionda gələcək və davamlı sülhə yönəlib.

"Report" xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Ermənistan mətbuatına açıqlamasında deyib.

“Tavuşda, Aşağı Əskipara (Voskepar), Bağanis Ayrım (Bağanis), Xeyrimli (Kirants) və Qızılhacılı (Berkaber) kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib. Nəhayət, başa düşməliyik ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə yaxşı dəqiqləşdirilməsindən asılı olacaq. Bu, regionda mümkün eskalasiyanın qarşısını alacaq”, - o bildirib.

Xaçaturyan qeyd edib ki, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatlarını təqdim edə bilmir, çünki bu, yekun qərara mane ola bilər.

Son xəbərlər

Orphus sistemi