Bakı. 14 iyul. REPORT.AZ/ Ermənistan, İran, Gürcüstan, Bolqarıstan və Yunanıstan Qara dəniz və Fars körfəzini birləşdirəcək nəqliyyat dəhlizi yaratmaq niyyətindədir.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nəqliyyat və Rabitə Nazirliyinin Nəqliyyat İdarəsinin rəis müavini David Melkonyan məlumat verib.
Onun sözlərinə görə, layihənin detallarını müzakirə etmək üçün iyulun 14-15-də Sofiyada görüş keçiriləcək.
D.Melkonyan, həmçinin görüşün bu səpkidə ikinci toplantı olacağını, ilk görüşün təxminən ay yarım əvvəl Tehranda keçirildiyini qeyd edib.
O, hələlik maliyyə məsələsinə toxunulmadığını da dilə gətirib.